TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbrik mesajı

TÜRKPA Baş katibinin Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbrik mesajı

Tarix
Baxış
58

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Azərbaycan xalqını və rəhbərliyini Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət quruculuğunun əsasını qoymuş, suverenlik, demokratiya, hüququn aliliyi, fundamental hüquq və azadlıqların müdafiəsi prinsiplərini təsbit etmişdir. O, ölkə tarixində mühüm bir mərhələ olmaqla yanaşı, Azərbaycanın müstəqil dövlətçiliyinin və konstitusiya inkişafının təməl daşını təşkil edir.

TÜRKPA türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, eləcə də ortaq məqsədlərin irəli aparılmasına Azərbaycanın davamlı töhfəsini yüksək qiymətləndirir.

Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram.

TÜRKPA Baş katibi

Ramil Həsən