TÜRKPA Baş katibinin 10 Noyabr – Atatürkü Anma Günü münasibətilə təbrik mesajı
Hər il 10 noyabr tarixində Türkiyə Respublikasında 1938-ci ildə Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Qazi Mustafa Kamal Atatürkün vəfatının ildönümü ilə əlaqədar Atatürkü Anma Günü qeyd olunur.
Bu gün onun əziz xatirəsini yad etmək, Türkiyə Respublikasının qurulmasında və müasir Türkiyənin formalaşmasında oynadığı tarixi rolu bir daha ehtiramla anmaq üçün əlamətdar bir gündür.
Atatürkün irsi milli istiqlal mübarizəsi, dövlət institutlarının yaradılması, inkişaf və modernləşmə istiqamətində həyata keçirilən səylərlə sıx bağlıdır. Onun baxışları və rəhbərliyi Türkiyənin milli tarixinin mühüm bir hissəsi olmaqla yanaşı, bu gün də Türkiyə xalqının yaddaşında əhəmiyyətli yer tutur.
TÜRKPA Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ehtiramla yad edir və onun tarixi irsinin qardaş türk xalqının və bütövlükdə türk dünyasının tarixində mühüm yer tutduğunu vurğulayır.
TÜRKPA Baş katibi
Səfir Ramil Həsən