TENDER ELANLARI
Xidməti avtomobilin alışı üzrə tender
Elanın dərc edilmə tarixi: 01 iyun 2026-cı il
Təkliflərin son təqdim olunma tarixi: 07 iyul 2026-cı il
Təkliflərə baxış iclası: 08 iyul 2026-cı il
Təklifərin qeyd olunmuş tarixədək qapalı zərfdə qey olunan ünvana göndərilməsi xahiş olunur
Ünvan: S.S.Axundov küç., 106, 7-ci mikrorayon, AZ1116, Binəqədi / Bakı / Azərbaycan
Əlaqədar şəxs: Ələskər Ağayev, Tel: +99412 563 58 26, +994 50 280 65 07, email: alesker@turkpa.org
Xidməti avtomobil üçün tələb olunan texniki xüsusiyyətləri
TURKPA Beynəlxalq Katibliyinin və onun rəhbərliyinin istifadəsi üçün rəsmi nəqliyyat təminatı məqsədi ilə 1 (bir) ədəd biznes sinif minik avtomobilinin satın alınması nəzərdə tutulur.
Təklif edilən avtomobil aşağıdakı minimum texniki tələblərə cavab verməlidir:
- Avtomobil biznes sinif (SUV və ya ekvivalent) olmalıdır;
- İstehsal ili – 2021-ci il və ya daha yeni;
- Mühərrikin həcmi minimum 3.0 litr olmalıdır;
- Mühərrikin gücü minimum 300 at gücü təşkil etməlidir;
- Yanacaq növü – benzin və ya dizel;
- Sürətlər qutusu avtomatik olmalıdır;
- Tam ötürücülü (4x4) sistemə malik olmalıdır;
- Oturacaq sayı – 7 yerlik olması arzu olunandır;
- Salon yüksək keyfiyyətli dəri üzlüklə təchiz edilməlidir;
- Ön və arxa oturacaqlar elektriklə tənzimlənən, qızdırılan və ventilyasiya funksiyalı olmalıdır;
- Axra sərnişin üçün monitor və qapılarda pərdə olmalıdır;
- Ən azı iki zonalı avtomatik iqlimə nəzarət sistemi ilə təchiz edilməlidir;
- Arxa sərnişin üçün iqlimə nəzarət sistemi ilə təchiz edilməlidir;
- Təhlükəsizlik sistemlərinə minimum olaraq ABS, ESP, ön və yan hava yastıqları, adaptiv kruiz-kontrol, zolaqda hərəkətə nəzarət sistemi, toqquşmanın qarşısının alınması sistemi və park yardımçısı daxil olmalıdır;
- Multimedia sistemi naviqasiya, Bluetooth, USB bağlantıları və yüksək keyfiyyətli audio sistemi ilə təchiz edilməlidir;
- Xarici rəng qara, tünd göy və ya digər tünd rəng çalarlarında olmalıdır;
- Avtomobil istehsalçı tərəfindən nəzərdə tutulmuş standart komplektasiya və aksessuarlarla birlikdə təqdim edilməlidir;
- Təchizatçı ölkə ərazisində rəsmi servis xidməti və ehtiyat hissələri təminatına malik olmalıdır.
Təklif olunan avtomobil göstərilən texniki göstəricilərə uyğun və ya onlardan üstün xüsusiyyətlərə malik olmalıdır. Ekvivalent modellərin təqdim edilməsinə yol verilir.