TÜRKPA Baş katibinin Türkiyə Respublikasının Respublika Günü münasibətilə təbrik mesajı
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan 29 oktyabr tarixində qeyd olunan Respublika Günü münasibətilə Türkiyə Respublikasının Hökumətinə və qardaş xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Respublika Günü 1923-cü ildə Türkiyə Respublikasının elan edilməsini qeyd edir və milli birlik, müstəqillik və həmrəyliyin əbədi dəyərlərini, habelə türk xalqının konstruktiv dialoq və diplomatik əlaqələr vasitəsilə sülhün, sabitliyin və beynəlxalq əməkdaşlığın təşviqinə sadiqliyini təcəssüm etdirir.
Türkiyənin türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinə və həmrəyliyin gücləndirilməsinə verdiyi mühüm töhfəni yüksək qiymətləndirən TÜRKPA əməkdaşlığın daha da dərinləşdirilməsi və türk dünyasının rifahı naminə ortaq məqsədlərin irəli aparılması istiqamətində öz öhdəliyini bir daha təsdiq edir.
Bu əlamətdar gün münasibətilə Türkiyə Respublikasının Hökumətinə və qardaş xalqına sülh, firavanlıq, rifah və davamlı uğurlar arzulayıram.
TÜRKPA Baş katibi
Ramil Həsən