TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qırğız Respublikasının Tarix və Əcdadların Xatirəsi Günləri münasibətilə TÜRKPA Baş katibinin təbrik mesajı

Qırğız Respublikasının Tarix və Əcdadların Xatirəsi Günləri münasibətilə TÜRKPA Baş katibinin təbrik mesajı

Tarix
Baxış
58

Hər il noyabrın 7-8-də Qırğız Respublikasında Tarix və Əcdadların Xatirəsi Günləri qeyd olunur. Bu günlərdə xalqın milli kimliyinin, azadlığının və dövlətçiliyinin qorunub saxlanılmasına töhfə vermiş, tarixin ağır sınaqlarına sinə gərmiş insanların xatirəsi ehtiramla yad edilir, onların cəsarət və fədakarlığına hörmət ifadə olunur.

Bu anım günləri xalqın tarixi irsinin qorunub saxlanılmasının, əvvəlki nəsillərin xatirəsinin ehtiramla yad edilməsinin və onların mirasının gələcək nəsillərə ötürülməsinin vacibliyini bir daha vurğulayır.

TÜRKPA qırğız xalqının zəngin tarixi və mədəni irsinin türk dünyasının ortaq irsinin ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasının əhəmiyyətini yüksək qiymətləndirir və qardaş qırğız xalqının tarixinin formalaşmasına öz həyatları və töhfələri ilə təsir göstərmiş bütün şəxslərin xatirəsini ehtiramla yad edir.

TÜRKPA Baş katibi

Ramil Həsən