TÜRKPA Koreya mətbəxinin təbliğinə həsr olunmuş mədəni tədbirdə iştirak edib
Tarix
Baxış
96
22 oktyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Bektur Bazakeçov Koreya Respublikasının Gyeongsangbuk-do əyaləti tərəfindən Bakı şəhərində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “DAMDA – Koreya ənənələrinə səyahət” adlı mədəni tədbirdə iştirak edib.
Tədbir çərçivəsində koreyalı usta tərəfindən ənənəvi Koreya şirniyyatları olan doenjanq və qoçujanqın, eləcə də kimçinin hazırlanmasına dair praktiki ustad dərsi keçirilib.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Fotoqrafiya Evində iki sessiyadan ibarət təşkil olunan tədbir mədəni mübadilə üçün platforma rolunu oynayıb və ənənəvi Koreya mətbəxi haqqında məlumatlılığın artırılmasına töhfə verib.
Axtarış
Son Xəbərlər
-
Bişkekdə TÜRKPA Şurasının iclası keçirilib
- 20 okt 2026