TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov TÜRKPA üzv dövlətlərinin parlament sədrlərini və TÜRKPA-nın Baş katibini qəbul edib

Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov TÜRKPA üzv dövlətlərinin parlament sədrlərini və TÜRKPA-nın Baş katibini qəbul edib

Tarix
Baxış
193

20 oktyabr 2026-cı il tarixində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov Bişkek şəhərində TÜRKPA üzv dövlətlərin parlament sədrlərini və TÜRKPA-nın Baş katibini qəbul edib.

Görüş Bişkek şəhərində keçirilən TÜRKPA-nın 15-ci Plenar iclası və Assambleya Şurasının 15-ci iclası çərçivəsində baş tutub.

Dövlət başçısı görüşü qardaş dövlətlər arasında dostluğun və qarşılıqlı etimadın bariz nümunəsi kimi qiymətləndirib və Qırğızıstanın TÜRKPA çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.

O, Assambleyanın fəaliyyətinin qardaş dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə və ticarət, iqtisadiyyat, nəqliyyat, energetika, rəqəmsallaşma və humanitar sahələrdə daha dərin əməkdaşlığın təşviqinə yönəldiyini vurğulayıb.

Öz növbəsində, parlament sədrləri səmimi qəbula görə Prezident Sadır Japarova təşəkkürlərini bildirərək türk dünyasının birliyinin möhkəmləndirilməsində Qırğızıstanın mühüm rolunu qeyd ediblər. Onlar, həmçinin parlamentlərarası əməkdaşlığın inkişafında, inteqrasiya proseslərinin dəstəklənməsində və qardaş dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində TÜRKPA-nın əhəmiyyətini vurğulayıblar.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə, eləcə də türk xalqlarının ortaq dəyərlərinin və milli kimliyinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib.