TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi AK Parti sədrinin müavini Kürşad Zorlu ilə görüşüb

TÜRKPA Baş katibi AK Parti sədrinin müavini Kürşad Zorlu ilə görüşüb

Tarix
Baxış
107

26 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyənin hakim Ədalət və Kalkınma Partiyasının (AK Parti), Türk Dövlətləri ilə Əlaqələr üzrə sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Kürşad Zorlu ilə görüşüb. 

Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin və strateji müttəfiqliyin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Türk dünyasının birliyi və həmrəyliyinin milli siyasətin mühüm istiqamətlərindən biri olduğu qeyd edilərək, Azərbaycan və Türkiyənin digər qardaş türk dövlətləri üçün nümunə və bayraqdar rolunu oynadığı bildirilib. Həmçinin TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, qanunvericiliyin yaxınlaşdırılması, üzv dövlətlərin milli maraqlarının qorunması və Türk dünyasının birliyinə xələl gətirməyə çalışan qüvvələrə qarşı birgə fəaliyyətin təşviq edilməsi baxımından mühüm platforma olduğu diqqətə çatdırılıb.

Cənab Kürşad Zorlu Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, TÜRKPA-nın bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiklərini qeyd edərək, Türkiyə Respublikasının bundan sonra da Assambleyanın fəaliyyətinə dəstək göstərəcəyini bildirib.

TÜRKPA-nın Baş katibi cənab Ramil Həsən Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın 15-ci Assambleya Şurasının və plenar iclası barədə ətraflı məlumat verib. Qardaş Türk dövlətlərinin parlament sədrlərini və millət vəkillərini bir araya gətirən mühüm parlamentlərarası qurum kimi TÜRKPA-nın fəaliyyətindən bəhs edən Baş katib Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Cənab Ramil Həsən, Azərbaycan və Türkiyənin iki qüdrətli türk dövləti kimi beynəlxalq arenada oynadığı rola toxunaraq, ortaq milli maraqların uzlaşdırılmasının və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində həmrəyliyin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Baş katib TÜRKPA-nın bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu bildirib.