TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü münasibətilə TÜRKPA Baş katibinin təbrik mesajı

TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü münasibətilə TÜRKPA Baş katibinin təbrik mesajı

Tarix
Baxış
63

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan parlament sədrlərini, üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərinin üzvlərini, eləcə də Assambleyanın inkişafına töhfə vermiş hər kəsi TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

21 noyabr 2008-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri tərəfindən İstanbul şəhərində Dolmabağça sarayında imzalanmış Sazişlə təsis edilən TÜRKPA türk dövlətləri arasında əməkdaşlığın parlament ölçüsünün gücləndirilməsi istiqamətində yaradılmışdır.

2009-cu ildə Bakı şəhərində keçirilmiş 1-ci plenar iclasdan etibarən Assambleya xalqları birləşdirən ortaq tarixi, mədəni və dil bağlarını davamlı əməkdaşlığa və institusional dialoqa çevirən parlament diplomatiyasının mühüm platformasına çevrilmişdir.

Ötən illər ərzində TÜRKPA parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, milli qanunvericiliklərin yaxınlaşdırılması və qarşılıqlı maraq kəsb edən sahələrdə model qanunların hazırlanması istiqamətində mühüm rol oynamışdır. Assambleya institusional mexanizmlər, seçki müşahidə fəaliyyəti, habelə regional və beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq vasitəsilə türk dünyasında parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafına töhfə vermişdir.

TÜRKPA bu əlamətdar günü qeyd edərkən, onun təsisçilərinin uzaqgörənliyinə və əzminə, parlament sədrlərinin davamlı dəstəyinə, eləcə də Assambleyanın institusional inkişafına töhfə vermiş bütün parlamentarilərin və nümayəndələrin fədakar fəaliyyətinə yüksək ehtiramımızı bildiririk.

TÜRKPA parlament həmrəyliyinin daha da gücləndirilməsi, türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə parlament diplomatiyası vasitəsilə regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və davamlı inkişafın təşviqinə töhfə verilməsi istiqamətində öz fəaliyyətini davam etdirir.

Əminəm ki, bütün üzv parlamentlərin davamlı dəstəyi və həmrəyliyi sayəsində TÜRKPA əldə etdiyi nailiyyətləri daha da möhkəmləndirəcək və türk dünyasında birlik və əməkdaşlığın inkişafında mühüm rolunu bundan sonra da layiqincə yerinə yetirəcəkdir.

TÜRKPA Baş katibi

Ramil Həsən