TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPА Baş Katibinin Türkmənistanın Müstəqillik Günü münasibətilə təbrik mesajı

TÜRKPА Baş Katibinin Türkmənistanın Müstəqillik Günü münasibətilə təbrik mesajı

Tarix
Baxış
38

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPА) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Türkmənistan Hökumətini və qardaş Türkmənistan xalqını ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Türkmənistanın fəal iştirakını və türk dövlətləri arasında həmrəyliyin, tərəfdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində ortaq baxışın inkişafına verdiyi mühüm töhfəni yüksək qiymətləndiririk.

TÜRKPА ilə Türkmənistan arasında mövcud olan sıx əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiq edərək, Türkmənistan Hökumətinə və qardaş Türkmənistan xalqına davamlı sülh, tərəqqi, rifah və əmin-amanlıq arzulayıram.

TÜRKPA Baş katibi

Ramil Həsən