TÜRKPA Baş katibinin Qazaxıstan Respublikasının Dövlət Rəmzləri Günü münasibətilə təbrik mesajı
Tarix
Baxış
313
4 iyun Qazaxıstan Respublikasında Dövlət Rəmzləri Günü qeyd olunur.
Dövlət Bayrağı, Gerbi və Himni qazax xalqının müstəqilliyini, birliyini və tarixi arzularını təcəssüm etdirərək, onun milli kimliyini ifadə edir.
TÜRKPA, Assambleyanın üzv və müşahidəçi dövlətlərinin dövlət suverenliyinin əsaslarından biri kimi milli rəmzlərə hörmət prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, qardaş qazax xalqına sülh, firavanlıq və davamlı inkişaf yolunda uğurlar arzulayır.
Ramil Həsən,
TÜRKPA Baş katibi