TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin Bəyanatı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin Bəyanatı

Tarix
Baxış
9


22 iyul 2026-cı il tarixində, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Azərbaycan Respublikasına qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişi qəbul edib.

Bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığımı ifadə edirəm.

Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır.

TÜRKPA qanunverici orqanları Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırır.

TÜRKPA bir daha bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini təsdiq edir.

Səfir Ramil Həsən,

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi