TÜRKPA Baş katibinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması münasibətilə təbrik mesajı
11
12 iyul tarixində türk dünyası türk xalqlarının ortaq mədəni irsinin qorunması və təbliği, eləcə də türk dövlətləri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərən nüfuzlu qurum – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsis edilməsi gününü qeyd edir.
Yarandığı gündən etibarən TÜRKSOY mədəniyyətlərarası dialoqun inkişafına, türk dünyasının zəngin mədəni irsinin qorunmasına və çoxsaylı mədəni-humanitar təşəbbüslər vasitəsilə həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verib. Təşkilatın fəaliyyəti türk xalqlarını birləşdirən ortaq dəyərlərin, ənənələrin və kimliyin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayıb.
Bu əlamətdar gün münasibətilə TÜRKSOY-un rəhbərliyini, Katibliyini və bütün kollektivini səmimi qəlbdən təbrik edir, təşkilata ali məqsədlərinə nail olunması istiqamətində davamlı uğurlar arzulayıram. Eyni zamanda, TÜRKPA ilə TÜRKSOY arasında mövcud olan səmərəli əməkdaşlığın türk dünyasının rifahı naminə bundan sonra daha da dərinləşəcəyinə əminliyimi ifadə edirəm.
TÜRKPA Baş katibi
Ramil Həsən