TÜRKPA Baş katibinin 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik mesajı
12
15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə və əziz türk xalqını səmimi qəlbdən təbrik edirəm.
15 iyul 2016-cı il tarixində türk xalqı öz demokratik iradəsini, dövlətini və konstitusiya quruluşunu qətiyyətlə müdafiə edərək demokratiyaya sarsılmaz bağlılığını bütün dünyaya nümayiş etdirib. Bu tarix Türkiyə Respublikasının güclü demokratik ənənəsinin, milli birlik ruhunun və xalqın suveren iradəsinin ən mühüm rəmzlərindən birinə çevrilib.
Türkiyə Respublikasının sabitliyi və gücü təkcə ölkə üçün deyil, həm də ortaq tarix və ümumi dəyərlərlə birləşən türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) olaraq vurğulayırıq ki, Türkiyənin türk dövlətləri arasında əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələr ortaq məqsədlərimizin həyata keçirilməsinə mühüm töhfə verir. Eyni zamanda, ümumi gələcəyimiz naminə birliyimizin və həmrəyliyimizin bundan sonra da daha da güclənəcəyinə inamımızı ifadə edirik.
Demokratiyanın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edərək, qardaş türk xalqını 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm.
TÜRKPA Baş katibi
Ramil Həsən