TÜRKPA Baş katibinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik mesajı
Tarix
Baxış
121
26 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü qeyd edir, dövlətin suverenliyini və ərazi bütövlüyünü sədaqətlə qoruyan hərbi qulluqçuların cəsarətinə və fədakar xidmətinə ehtiramını ifadə edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətçiliyin gücünü, milli birliyi və vətənpərvərliyi təcəssüm etdirərək bütün Türk dünyası üçün qürur mənbəyidir.
Bu əlamətdar gün münasibətilə qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir, Silahlı Qüvvələrin bütün şəxsi heyətinə Vətən qarşısındakı şərəfli xidmətlərinə görə dərin ehtiramımızı bildiririk.
Səfir Ramil Həsən,
TÜRKPA Baş katibi