TÜRKPA Baş katibinin AQEM Katibliyinin 20 illik yubileyi münasibətilə təbrik mesajı
Tarix
Baxış
104
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təsis edilməsinin 20-ci ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram.
TÜRKPA AQEM ilə tərəfdaşlığa və konstruktiv əməkdaşlığa yüksək dəyər verir və parlament diplomatiyası ilə çoxtərəfli fəaliyyət arasında mövcud əməkdaşlığın regionda sülhün, sabitliyin və davamlı inkişafın təşviq edilməsində mühüm rol oynadığına əminliyini ifadə edir.
Bu əlamətdar hadisə münasibətilə AQEM Katibliyinə həyata keçirdiyi mühüm fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər arzulayıram.
Ramil Həsən,
TÜRKPA Baş katibi