TÜRKPA Baş katibi cənab Ramil Həsənin Qırğız Respublikasının ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik mesajı
206
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Qırğız Respublikasının ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.
Bu mühüm nailiyyət beynəlxalq ictimaiyyətin Qırğız Respublikasının çoxtərəfli diplomatiyaya, beynəlxalq hüququn prinsiplərinə, sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə verdiyi töhfələrə yüksək etimadının bariz təzahürüdür.
Əminik ki, BMT Təhlükəsizlik Şurasında təmsilçilik Qırğız Respublikasının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində rolunu daha da artıracaq və Şuranın fəaliyyətinə mühüm töhfələr verəcəkdir.
TÜRKPA olaraq bu əlamətdar hadisənin qardaş Qırğız xalqının rifahına və ölkənin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə xidmət edəcəyinə inanır, Türk dövlətlərinin Qırğız Respublikasına davamlı dəstəyini bir daha təsdiq edirik.
Qırğız Respublikasının rəhbərliyinə və xalqına ən xoş arzularımızı çatdırır, bu məsuliyyətli missiyanın icrasında böyük nailiyyətlər arzulayırıq.
Səfir Ramil Həsən,
TÜRKPA Baş katibi