Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Beynəlxalq Katibliyinin “Fəlakət Qurbanlarının Anım və Həmrəylik Günü” ilə əlaqədar mesajı
Tarix
Baxış
57
3 noyabr 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatının Astana şəhərində keçirilən 10-cu Zirvə görüşündə 6 fevral “Fəlakət Qurbanlarının Anım və Həmrəylik Günü” elan edilmişdir.
2023-cü ilin fevral ayında Türkiyənin cənub, cənub-şərq və şərqində yerləşən bölgələrində baş verən dağıdıcı zəlzələlərdən sonra türk dünyası birlik və həmrəylik nümayiş etdirmişdir. Təcili və zəruri yardım təkcə hökumət səviyyəsində deyil, eyni zamanda bütün türk dövlətlərindəki könüllülərin və icmaların fədakar səyləri ilə göstərilmişdir.
Bu münasibətlə çətin anlarda birliyimizi bir daha təsdiqləyir və həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik. Belə faciələrin bir daha təkrarlanmayacağına səmimi-qəlbdən ümid edir, hər kəsə sülh, sabitlik və firavanlıq diləyirik.
Axtarış
Digər Bəyanatlar
-
Milli Suverenlik və Uşaq Bayramı
- 23 apr 2026
-
Milli Suverenlik və Uşaq Bayramı
- 22 apr 2026
-
Milli Suverenlik və Uşaq Bayramı
- 22 apr 2026
-
Milli Suverenlik və Uşaq Bayramı
- 22 apr 2026