TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TURKPA Baş katibinin Türkiyə Silahlı Qüvvələrinin beş hərbi qulluqçusunun helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar başsağlığı mesajı

TURKPA Baş katibinin Türkiyə Silahlı Qüvvələrinin beş hərbi qulluqçusunun helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar başsağlığı mesajı

Tarix
Baxış
1

Türkiyə Respublikasının Eskişehir şəhərində Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin təlim uçuşu zamanı baş vermiş faciəvi qəza nəticəsində beş hərbi qulluqçunun həlak olması xəbərini dərin hüznlə qarşılamışam.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan həlak olmuş hərbi qulluqçuların ailələrinə, qardaş Türkiyə Respublikasına və türk xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərə rəhmət etsin, onların ailələrinə və bu ağır itki ilə kədərlənən hər kəsə səbir və dözüm versin.

Bu kədərli anda qardaş Türkiyə xalqının yanında olduğumuzu bildirir, onun kədərini bölüşürük.

TÜRKPA Baş katibi Ramil Həsən