Azərbaycan Respublikasının Anım Günü münasibətilə mesaj
3
Türk Dövlətləri Parlament Assambleyasının (TURKPA) Beynəlxalq Katibliyi adından hər il 27 sentyabr tarixində qeyd olunan Azərbaycan Respublikasının Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramımızı bildiririk.
Bu əlamətdar gün 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda misilsiz şücaət və fədakarlıq nümayiş etdirərək canlarından keçmiş Vətən övladlarına Azərbaycan xalqının dərin ehtiram və minnətdarlığının ifadəsidir.
Xalqın birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsi və qətiyyətli rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun şücaəti və fədakarlığı sayəsində əldə edilmiş tarixi Zəfər Azərbaycan dövlətçilik tarixinin salnaməsinə ədalətin və milli şərəfin təntənəsi kimi həkk olunmuşdur.
Şəhidlərimizin ruhu şad olsun.
TURKPA Baş katibi
Ramil Həsən