TÜRKPA üzv dövlətlərinin nümayəndə heyətləri Andorrada ATƏT PA-nın Payız Sessiyası çərçivəsində qeyri-rəsmi görüş keçirib
Tarix
Baxış
142
7 oktyabr 2026-cı il tarixində Andorrada ATƏT Parlament Assambleyasının Payız Sessiyasında iştirak edən TÜRKPA üzv dövlətlərinin nümayəndə heyətləri qeyri-rəsmi görüş keçirib.
Görüşdə Azərbaycan, Qırğızıstan və Türkiyənin nümayəndə heyətlərinin üzvü olan parlamentarilər iştirak ediblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün əhəmiyyətli imkan yaradıb.