TÜRKPA Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım tədbirində iştirak edib
960
15 iyul 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Yunus Emre İnstitutu, eyni zamanda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə əməkdaşlıq çərçivəsində Bakıda təşkil edilmiş 15 iyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində iştirak edib.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Birol Akgün, səfirliyin əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edənlər çevriliş cəhdinin qarşısının alınmasında dövlət və xalq arasında olan birliyin rolunu vurğulayaraq, 15 iyul hadisələrinin demokratik dəyərlərin qorunmasının simvoluna çevrildiyini və daha geniş beynəlxalq əhəmiyyət kəsb etdiyini qeyd ediblər. İştirakçılar həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın o çətin günlərdə demokratik institutların və milli birliyin qorunması istiqamətində göstərdiyi səylərinə görə minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına Türkiyə dövlətinə və xalqına göstərdikləri sarsılmaz dəstəyə və həmrəyliyə görə minnətdarlıqlarını bildiriblər.
İştirakçılar 15 iyul gecəsi həlak olanların xatirəsini ehtiramla yad ediblər.