TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda iştirak edib

TÜRKPA Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda iştirak edib

Tarix
Baxış
117

19 noyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Bakı şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib.

“Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusuna həsr olunmuş konfrans Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi  İlqar Musayevin açılış nitqi ilə başlayıb.

Tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, diplomatlar, siyasətçilər, beynəlxalq ekspertlər və sənaye nümayəndələri bir araya gəlib, texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizliyin kəsişməsində baş verən dəyişikliklərə dair əsas məruzələr və panel müzakirələri keçirilib.

İştirakçılar süni intellekt dövründə xarici siyasət, kibertərəfdaşlıqlar və strateji muxtariyyət, geosiyasi aktorlar kimi texnologiya şirkətləri, informasiya müharibəsi və  "deepfake" texnologiyalarının yaratdığı təhdidlər, kiberməkanda dövlətlərin məsuliyyətli davranışı və hesabatlılığı, habelə kritik infrastrukturun mühafizəsi kimi məsələləri müzakirə ediblər. Müzakirələr zamanı  kiberdiplomatiya sahəsində regional əməkdaşlığın və dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirilib.