TÜRKPA Türkiyə Respublikasının Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbirdə iştirak edib
332
15 may 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali və Komissiya katibi Dr. Kadir Yaman Türkiyə Respublikasının Bakıdakı Səfirliyi tərəfindən təşkil olunmuş və Bakı Türk Anadolu Liseyində keçirilən Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbirdə iştirak ediblər.
Tədbirdə Türkiyə Respublikasının qurucusunun əvəzolunmaz irsi ehtiramla yad edilib, xalqın zəngin mədəni irsinin qorunub saxlanılması və gələcəyə daşınmasında gənc nəslin mühüm rolu vurğulanıb. Bu əlamətdar gün münasibətilə hazırlanan proqram ənənə və müasirliyin ahəngdar birliyini əks etdirərək, Anadolunun müxtəlif bölgələrinin rəngarəng mədəni irsini nümayiş etdirib, iştirakçıları milli dəyərlər və nəsillər arası varislik ruhunda bir araya gətirib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026