TÜRKPA Şəhidlər xiyabanını ziyarət edib
Tarix
Baxış
59
19 yanvar 2026-cı il tarixində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Katibliyinin heyəti Şəhidlər xiyabanında 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən diplomatik korpus nümayəndələrinin iştirakı ilə təşkil edilmiş anım mərasimi şəhidlərin məzarları üzərinə gül dəstələrinin qoyulması ilə başlayıb.