TURKPA participates in the GPLS at ADA University
533
2 iyun 2026-cı il tarixində TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən Mirlan Usenkanov #ADA Universitetinin İnkişaf və #Diplomatiya İnstitutu tərəfindən “Regional bağlantılar və Orta Dəhliz” mövzusunda təşkil olunmuş Qlobal Perspektivlər üzrə Mühazirələr Silsiləsində iştirak edib.
Mühazirə Niderland Krallığının bağlantılar üzrə xüsusi nümayəndəsi Bernhard Kelkes və Niderland Krallığının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Reyn Dekkers tərəfindən təqdim olunub. Məruzəçilər #Avropa ilə #Asiya arasında əlaqələrin gücləndirilməsində Orta Dəhlizin artan strateji əhəmiyyətini, qlobal nəqliyyat marşrutlarının dəyişən dinamikasını, infrastrukturun inkişafı və iqtisadi dayanıqlılığın təmin edilməsində Avropa İttifaqının və Şərq Tərəfdaşlığının rolunu, həmçinin regional əməkdaşlığın, ticarət əlaqələrinin və insanlararası təmasların gücləndirilməsi imkanlarını vurğulayıblar.
Tədbir akademik dairələrin və diplomatik korpusun nümayəndələrini bir araya gətirərək, regional bağlantılar, dayanıqlı iqtisadi inkişaf və müasir geosiyasi çağırışlara dair mövzular ətrafında müzakirələrin aparılması üçün platforma rolunu oynayıb.