TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

TÜRKPA 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Tarix
Baxış
137

25–26 sentyabr 2026-cı il tarixlərində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Bakıda keçirilmiş 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “The European House – Ambrosetti & TEHA Group” tərəfindən birgə təşkil olunan Forum Azərbaycan və xarici ölkələrdən hökumətlərin, beynəlxalq təşkilatların, maliyyə institutlarının, biznes icmalarının və investorların yüksək səviyyəli nümayəndələrini bir araya gətirib.  

Forum çərçivəsində investisiya imkanları, yüksək əlavə dəyər yaradan sənaye layihələri, infrastruktur, dayanıqlı inkişaf, texnologiya, logistika, enerji bağlantıları və yaşıl keçid, habelə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məsələlər müzakirə olunub.