TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun tanışlıq iclası keçirilmişdir
Tarix
Baxış
36
19 aprel 2022-ci il tarixində TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun onlayn formatda tanışlıq iclası təşkil edilmişdir.
Tədbirdə Qrup üzvləri və TÜRKPA Katibliyinin nümayəndələri iştirak etmişdir. İclasa Qrupun rəhbəri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Yeldos Abakanov sədrlik etmişdir. O, iştirakçıları salamlayaraq Qrupun fəaliyyətində uğurlar arzulamışdır.
Görüş zamanı iştirakçılar Qrupun birinci iclasının mövzusu və tarixini müzakirə etmişdir.