TÜRKPA-nın Baş katibi TDT Dövlət Başçılarının 13-cü Zirvə Görüşündə iştirak edib
30 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 13-cü Zirvə Görüşündə iştirak edib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidentlərini, həmçinin qardaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirən Zirvə Görüşü Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə “Türk əsri: Dildə, fikirdə, işdə birlik” mövzusunda keçirilib.
Baş tutmuş Zirvə Görüşündə tarixi qərarlar qəbul edilib və Təşkilata sədrlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana keçib.
Zirvə Görüşündə, həmçinin Özbəkistan Respublikasından olan təcrübəli diplomat cənab Mirvohid Azimov Türk Dövlətləri Təşkilatının (TDT) yeni Baş katibi təyin edilib.