TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi TDT Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak edib

TÜRKPA Baş katibi TDT Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak edib

Tarix
Baxış
259

29 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasının Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak və çıxış edib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər nazirlərinin, eləcə də türk dövlətlərini bir araya gətirən, təşkilatların rəhbərlərinin iştirak etdiyi iclasda TÜRKPA Baş katibi cənab Ramil Həsən Bişkek şəhərində keçirilmiş TÜRKPA-nın 15-ci plenar iclası və Assambleya Şurasının iclası barədə məlumat verib.

Baş katib TDT ilə TÜRKPA arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilmiş şəkildə gücləndirilməsinin və bu istiqamətdə birgə fəaliyyət mexanizminin tətbiqinin türk dövlətləri arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini vurğulayıb. Cənab Ramil Həsən üzv dövlətlərin xarici işlər nazirlərinə TÜRKPA-nın fəaliyyətinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O, parlament sədrlərinin rəhbərliyi altında TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyət, üzv dövlətlərin qanunvericiliklərinin uyğunlaşdırılması, müvafiq qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsi və parlament diplomatiyasının imkanlarından maksimum istifadə etməklə üzv dövlətlərin ümumi maraqlarının beynəlxalq münasibətlər sistemində təşviqi istiqamətində görülən işlər və gələcək prioritetlər barədə məlumat verib.

İclasda Baş katibi onun müavini cənab Muhammet Alper Hayali müşayiət edib.