TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Nə? Harada? Nə zaman?” intellektual oyununun 1-ci Türkiyə Mövzulu Çempionatında iştirak edib

TÜRKPA “Nə? Harada? Nə zaman?” intellektual oyununun 1-ci Türkiyə Mövzulu Çempionatında iştirak edib

Tarix
Baxış
303

17 may 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavinləri Bektur Bazakeçov və Muhammet Alper Hayali Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə 19 May - Atatürkü Anma, Gənclik və İdman Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun 1-ci Türkiyə Mövzulu Çempionatında iştirak ediblər.

Hər yaş qrupundan olan insanları və müxtəlif qurumların nümayəndələrini bir araya gətirən tədbir Türk dövlətləri arasında bilik mübadiləsini, mədəni maarifləndirməni, dostluq və əməkdaşlıq ruhunu təşviq etməyə yönəlmişdir. Sözügedən çempionat Mustafa Kamal Atatürkün əbədi irsini yad etmək, həmçinin ortaq dəyərlərin qorunmasında və Türk dünyasında həmrəyliyin daha da gücləndirilməsində gənclərin mühüm rolunu vurğulamaq üçün əlamətdar bir platforma rolunu oynayıb.