TÜRKPA “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı paneldə iştirak edib
Tarix
Baxış
1023
18 may 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavinləri Bektur Bazakeçov və Muhammet Alper Hayali Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (ÜŞF 13) çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən təşkil olunmuş “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı paneldə iştirak ediblər.
Paneldə ənənəvi türk evlərinin memarlıq identikliyinin qorunub saxlanması, şəhər davamlılığının gücləndirilməsində mədəni irsin rolu və tarixi şəhərlərdə dayanıqlı bərpa təcrübələri mövzularında ətraflı müzakirələr aparılıb.