TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Gənc Parlamentariləri Andorrada ATƏT PA-nın Gənc Parlamentarilər Şəbəkəsinin proqramında iştirak ediblər

TÜRKPA Gənc Parlamentariləri Andorrada ATƏT PA-nın Gənc Parlamentarilər Şəbəkəsinin proqramında iştirak ediblər

Tarix
Baxış
151

6 oktyabr 2026-cı il tarixində TÜRKPA Gənc Parlamentarilər Qrupunun üzvləri ATƏT Parlament Assambleyasının Gənc Parlamentarilər Şəbəkəsi tərəfindən ATƏT PA-nın 24-cü payız sessiyası çərçivəsində Andorrada təşkil edilmiş proqramda iştirak ediblər.

TURKPA nümayəndə heyətinin tərkibinə Qırğız Respublikasının Joqorku Keneşinin üzvü  Baxtiyar Kalpayev və Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan, habelə TÜRKPA Qadın Parlamentarilər Qrupunun icraçı katibi və komissiya katibi Aynurə Abutalıbova daxil olublar.

Tədbirdə ATƏT regionunun müxtəlif ölkələrindən gənc parlamentarilər iştirak ediblər. Müzakirələr innovasiya və sahibkarlıq, gənclərin iştirakı, eləcə də gənclərin siyasi və ictimai həyatda rolu mövzularına həsr olunub.

Andorranın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Gənc Parlamentarilər Şəbəkəsinin üzvü Meritxell López Gitart öz çıxışında gənc parlamentariləri salamlayaraq, təcrübə mübadiləsinin aparılmasının, eləcə də gənclər üçün imkanların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Proqram çərçivəsində iştirakçılar Andorranın innovasiya və sahibkarlıq sahəsində milli strategiyasının və yol xəritəsinin həyata keçirilməsinə cavabdeh olan dövlət qurumu – Andorra Biznesi ziyarət ediblər. Onlar Andorranın innovasiyanın təşviqinə baxışı   ilə tanış olub, parlamentarilərin sahibkarlığın inkişafına dəstək göstərməsi və gənclər üçün daha geniş imkanların yaradılması yolları barədə fikir və təcrübə mübadiləsi aparıblar.

Proqram Sant Culià de Lòria şəhərində yerləşən Andorra Universitetində davam edib. Burada gənc parlamentarilər ATƏT seminarında iştirak edən tələbələrlə bir araya gəliblər. İnteraktiv müzakirə zamanı iştirakçılar gənc parlamentarilər olaraq fəaliyyət ilə bağlı təcrübələrini və baxışlarını bölüşüb, gənclər siyasətinə dair müzakirələr aparıb, həmçinin siyasi və ictimai həyatda iştirak etmək istəyən gənclər üçün imkan və çağırışlarla bağlı tələbələr arasında fikir mübadiləsi aparıblar.

Proqram gənclərin siyasi və ictimai həyatda iştirakının gücləndirilməsinin, habelə gənclərin baxışlarının parlament müzakirələrində və siyasətin formalaşdırılması prosesində əks olunmasının vacibliyini bir daha nümayiş etdirib.