TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin müavini AQEM-in dəyirmi masasında iştirak edib

TÜRKPA Baş katibinin müavini AQEM-in dəyirmi masasında iştirak edib

Tarix
Baxış
119

17 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Astana şəhərində Asiyada regional təşkilatların icraedici strukturlarının “Təhlükəsiz və qarşılıqlı əlaqəli Asiya üçün birgə fəaliyyətin gücləndirilməsi” mövzusunda təşkil etdiyi dəyirmi masada iştirak edib. Tədbir AQEM Katibliyinin təsis edilməsinin 20-ci ildönümünə həsr olunub.

Yüksək səviyyəli dəyirmi masa regional təşkilatların katibliklərinin və icraedici strukturlarının rəhbərlərini, BMT nümayəndələrini və AQEM üzv dövlətlərinin beyin mərkəzlərinin ekspertlərini bir araya gətirib. Müzakirələr çoxtərəfli əməkdaşlıq məsələlərini, BMT-nin qlobal–regional əlaqəsi və regional icraedici strukturların dəyişən prioritetlərini əhatə edib.

3-cü sessiyada çıxış edən Talqat Aduov TÜRKPA-nın institusional prioritetlərini və mandatının icrası üzrə praktiki yanaşmalarını təqdim edib, təşkilatın türk dövlətləri arasında parlament əməkdaşlığının, ortaq dəyərlərin və inteqrasiyanın inkişafındakı rolunu vurğulayıb. O, TÜRKPA və AQEM arasında səmərəli əməkdaşlığın, ortaq prioritetlər üzrə fikir mübadiləsinin və regionda çoxtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı dəstəyin mövcud olduğunu qeyd edib.

Səfər zamanı Baş katibin müavinini komissiya katibi və Qadın Parlamentarilər Qrupunun icraçı katibi Aynurə Abutalıbova müşayiət edib.