TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin müavini Ümumdünya Ətraf Mühit Günü 2026-nın açılış mərasimində iştirak edib

TÜRKPA Baş katibinin müavini Ümumdünya Ətraf Mühit Günü 2026-nın açılış mərasimində iştirak edib

Tarix
Baxış
570

5 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Bakı şəhərində Azərbaycan Respublikasının ev sahibliyi ilə “Təbiətdən ilham alaq. İqlim naminə. Gələcəyimiz naminə” mövzusunda keçirilən Ümumdünya Ətraf Mühit Günü 2026-nın rəsmi açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbirdə hökumətlərin, beynəlxalq təşkilatların, diplomatik korpusun, özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri və könüllülər bir araya gəliblər.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Tədbirdə  həmçinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen çıxış ediblər.

Tədbir iqlim fəaliyyəti, biomüxtəlifliyin qorunması, Xəzər dənizi ekosisteminin mühafizəsi və bərpa olunan enerji mənbələrinin inkişafı mövzularına həsr olunub. Tədbir çərçivəsində qlobal ekoloji gündəliyin əsas məsələlərinə dair müzakirələr aparılıb, eyni zamanda Azərbaycanın beynəlxalq ekoloji əməkdaşlığa və dayanıqlı inkişafa verdiyi töhfələr vurğulanıb.