TÜRKPA Baş katibinin müavini TDT-yə üzv ölkələrin QHT-lərinin 2-ci əməkdaşlıq forumunda çıxış edib
302
16 may 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının 2-ci Əməkdaşlıq Forumunda iştirak və çıxış edib.
Baş katibin müavini öz çıxışında Türk dünyasının dərinləşən institusional inteqrasiya nəticəsində dinamik geosiyasi reallığa çevrilməsini strateji transformasiya kimi qiymətləndirib. O, Türk dövlətləri arasında siyasi həmrəyliyin və daha sıx əməkdaşlığın gücləndirilməsində vətəndaş cəmiyyəti ilə TÜRKPA çərçivəsində həyata keçirilən parlament diplomatiyası arasında formalaşan mühüm əlaqəni diqqət çəkib.
Cənab Hayali TDT-nin son qeyri-rəsmi Zirvə görüşünə toxunaraq, həmin görüşü Türk dünyasının artan kollektiv gücünün təzahürü kimi qiymətləndirib, Türk dövlətlərinin regional sülh və sabitliyə verdiyi töhfələri qeyd edib. O, gələcək nəsillər üçün bu ortaq baxışın daha da təsisatlaşdırılması məqsədilə elm, təhsil və media sahələrinin koordinasiyalı fəaliyyətinin vacibliyini vurğulayıb.
Eyni zamanda, forum əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin irəli aparılmasını müzakirə etmək üçün Türk dövlətlərindən olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması rolunu oynayıb.
Forumda Baş katibin müavinini TÜRKPA-nın Araşdırma üzrə mütəxəssisi Kamila Müzəffərli müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026