TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin müavini “Macar–Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimat mərasimində iştirak edib

TÜRKPA Baş katibinin müavini “Macar–Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimat mərasimində iştirak edib

Tarix
Baxış
442

10 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuş “Macar–Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimat mərasimində iştirak edib.

Tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, parlamentlərin, akademik dairələrin və mədəniyyət təsisatlarının nümayəndələri iştirak ediblər.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli dövlət xadimi səfir Həsən Həsənovun müəllifi olduğu və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən kitab Azərbaycan və macar xalqları arasında tarixi, dil və mədəni əlaqələri təhlil edir, onların qədim türk ənənələrinə söykənən ortaq irsini və dərin tarixi bağlarını özündə əks etdirir.