TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb

TÜRKPA Baş katibi Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb

Tarix
Baxış
180

28 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti cənab Cevdet Yılmaz ilə görüşüb.

Görüş çərçivəsində Qırğız Respublikasının Bişkek şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının 15-ci Assambleya Şurasının və 15-ci plenar iclası, eləcə də onlardan irəli gələn məsələlər müzakirə olunub. Vitse-prezident cənab Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin, müstəqil, güclü və qüdrətli dövlətlər olaraq bir-birlərinə dəstək verərək Türk dünyası üçün dayaq olmağın vacibliyini vurğulayıb. Bu istiqamətdə qardaş Türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən bütün təşkilatların, o cümlədən Türk Dövlətləri Parlament Assambleyasının vacib rol oynadığı xüsusi olaraq qeyd olunub.

Öz növbəsində, TÜRKPA Baş katibi cənab Ramil Həsən səmimi qəbula görə cənab Cevdet Yılmaza təşəkkür edib, müstəqil və güclü siyasi xətt aparan, həm daxili, həm də xarici siyasətində müstəqil fəaliyyəti və güclü siyasi əlaqələri ilə ön plana çıxan Türk dövlətlərinin dünyada güc birliyi yaratmasının çox önəmli olduğunu vurğulayıb. Baş katib həmçinin Azərbaycan ilə Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinin, hər iki dövlətin bir-birinə hörmət və dəyərlə yanaşmasının, iki liderin — cənab İlham Əliyev və cənab Recep Tayyip Ərdoğanın öndərliyi ilə həyata keçirilən bu siyasətin daha da gücləndirilməsinin çox vacib olduğunu qeyd edib. O, iki qardaş Türk dövləti — Azərbaycan və Türkiyənin qüdrətli dövlətlər olaraq mövcudluğunun digər Türk dövlətləri üçün bir bayraqdar rolunu oynadığını xüsusilə vurğulayıb.

Görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunub.