TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Türkiyə Parlamentinin sədri Prof. Dr. cənab Numan Kurtulmuş ilə görüşüb

TÜRKPA Baş katibi Türkiyə Parlamentinin sədri Prof. Dr. cənab Numan Kurtulmuş ilə görüşüb

Tarix
Baxış
302

16 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Prof. Dr. cənab Numan Kurtulmuş ilə görüşüb.

TÜRKPA-nın qurucu dövləti olan Türkiyənin İstanbul şəhərinin Dolmabahçe sarayında 2008-ci ilin 21 noyabr tarixində imzalanmış sazişini  vurğulayan TÜRKPA Baş katibi cənab Ramil Həsən TÜRKPA-nın uzun illərdir uğurla fəaliyyət göstərdiyini, parlamentlərarası əlaqələrin yeni bir mərhələyə çıxdığını, qardaş ölkələrin qanunverici orqanları arasındakı münasibətlərin yaxınlaşdırılması, həmçinin model qanunların qəbulu, qardaş türk dövlətlərinin dövlət başçılarının qəbul etmiş olduğu tarixi qərarların qanunverici orqanlar tərəfindən sürətli ratifikasiya edilməsi kimi bir çox vacib, siyasi-strateji əhəmiyyət daşıyan proseslərdə TÜRKPA-nın oynadığı və oynaya biləcək xüsusi rolunu varğulayıb və bu istiqamətdə atıla biləcək addımlarla bağlı təkliflər Türkiyə Parlamentinin sədrinə təqdim edilib.

Öz növbəsində Türkiyə Parlamentinin sədri Prof. Dr. cənab Numan Kurtulmuş TÜRKPA Baş katibinin fəaliyyətini yüksək qiymətləndirib, son 10 ay ərzində görülən işləri müsbət qəbul etdiyini vurğulayıb, şübhəsiz ki, bundan sonra atılacaq addımların qardaş ölkələr arasındakı strateji əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi, türk dövlətləri arasındakı ortaq parlament platformasının formalaşdırılması istiqamətində növbəti mərhələ olacağına inamını ifadə edərək, Türkiyə Parlamenti olaraq TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək göstərəcəyini ifadə edib.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.