TÜRKPA Baş Katibi Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Prezidentini qəbul edib
357
18 may 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Prezidenti və Konya Böyükşəhər Bələdiyyəsinin sədri cənab Uğur İbrahim Altayı TÜRKPA-nın Beynəlxalq Katibliyində qəbul edib.
Cənab Uğur İbrahim Altayın rəhbərlik etdiyi nümayəndə heyətinə TDBB-nin İdarə Heyətinin üzvü və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri cənab Təmraz Tağıyev, həmçinin TDBB-nin Baş katibi cənab Taha Zahid Özdemir daxil olub.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, Türk dünyası çərçivəsində TÜRKPA və TDBB arasında əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Təsisatlararası dialoq və koordinasiyanın əhəmiyyətini vurğulayan hər iki tərəf çoxtərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Görüşdə TÜRKPA Baş katibinin müavini Talgat Aduov və TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman da iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026