TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı rəsmi qəbulda iştirak edib

TÜRKPA Baş katibi Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı rəsmi qəbulda iştirak edib

Tarix
Baxış
163

8 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı rəsmi qəbulda iştirak edib.

Türkiyə Respublikasının nəqliyyat nazirinin, Qazaxıstan Respublikasının ədliyyə nazirinin, Türk dövlətlərinin və dost ölkələrin Türkiyə Respublikasındakı diplomatik korpus rəhbərlərinin, beynəlxalq təşkilat rəhbərlərinin, media və ictimaiyyət nümayəndələrinin, həmçinin millət vəkillərinin iştirak etdiyi rəsmi qəbulda Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömüraliyev TDT-nin 17 illik fəaliyyəti ilə bağlı geniş məlumat verib və Türk dünyasının hər bir nümayəndəsini Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə təbrik edib.

Tədbirdə TÜRKPA Baş katibini Təşkilati məsələlər üzrə menecer Ələsgər Ağayev müşayiət edib.