TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi TBMM Komissiya sədrini qəbul edib

TÜRKPA Baş katibi TBMM Komissiya sədrini qəbul edib

Tarix
Baxış
177

2 iyun 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili, Şikayət və müraciətlər Komissiyasının sədri xanım Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyətini TÜRKPA-nın Beynəlxalq Katibliyində qəbul edib.

TBMM nümayəndə heyətinin tərkibinə Şikayət və müraciətlər Komissiyasının üzvü olan millət vəkilləri Ahmet Salih Dal, Ahmet Baran Yazgan, Abdürrahim Dusak və Ahmet Ersagun Yücel, Qanunlar və Qərarlar Baş İdarəsinin qanunvericilik üzrə ekspertləri, eləcə də Xarici Əlaqələr və Protokol Baş İdarəsinin əməkdaşları daxil olublar.

Görüş zamanı TBMM-in Şikayət və müraciətlər Komissiyasının zəngin təcrübəsinin və institusional potensialının gələcəkdə TÜRKPA platforması vasitəsilə qardaş türk dövlətlərinin parlamentləri ilə paylaşılması, həmçinin bu təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə Türkiyə Böyük Millət Məclisinin geniş təcrübə və imkanlarından faydalanmaqla, gələcəkdə TÜRKPA Katibliyində və üzv dövlətlərdə müxtəlif seminarların, təlimlərin və təcrübə mübadiləsi tədbirlərinin təşkili barədə razılıq əldə olunub.

Görüşdə TÜRKPA Baş katibinin müavinləri Muhammet Alper Hayali və Talqat Aduov, həmçinin Baş katibin müavini vəzifəsini icra edən Bektur Bazakeçov iştirak ediblər.