TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Tarix
Baxış
221

1 oktyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Qazaxıstana rəsmi səfəri çərçivəsində Qazaxıstan Qurultayının yeni seçilmiş sədri cənab Aybek Dadebay ilə görüşüb.

Cənab Dadebay cənab Həsənlə görüşdən məmnunluğunu ifadə edib və onun TÜRKPA Baş katibi kimi səmərəli fəaliyyətini davam etdirməsini yüksək qiymətləndirib. O, Qazaxıstanda həyata keçirilən mühüm islahatlar, o cümlədən Konstitusiya referendumu və Qurultaya keçirilmiş seçkilər barədə məlumat verərək, TÜRKPA-nın bu proseslərin beynəlxalq müşahidəsində iştirakına görə səmimi təşəkkürünü bildirib. O, qardaş türk xalqlarının dəstək və həmrəyliyinin Qazaxıstan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Öz növbəsində, cənab Ramil Həsən cənab Aybek Dadebayı Qurultay sədri seçilməsi münasibətilə təbrik edib və məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb. Baş katib, həmçinin Qazaxıstanın və Qurultayın rəhbərliyinə TÜRKPA-ya göstərdikləri davamlı dəstəyə görə minnətdarlığını ifadə edib və Qazaxıstanın Assambleyada sədrliyi dövründə əldə edilmiş səmərəli əməkdaşlığı xüsusi qeyd edib.

Baş katib TÜRKPA Beynəlxalq Katibliyinin son dövrdə həyata keçirdiyi fəaliyyət, o cümlədən daimi komissiyaların iclasları, Parlament sədrlərinin qeyri-rəsmi görüşü, beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, habelə TÜRKPA üzv dövlətlərinin xarici işlər nazirlikləri və Türk Dövlətləri Təşkilatı (TDT) ilə koordinasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə cənab sədrə ətraflı məlumat verib.

Baş katib, həmçinin 19–20 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçiriləcək TÜRKPA-nın 15-ci Assambleyası Şurası və Plenar iclasına hazırlıqlar barədə məlumat verib.

Cənab Dadebay Türk Dövlətləri Parlament Assambleyasına və onun Beynəlxalq Katibliyinə yüksək ehtiramını ifadə edərək Baş katibin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, Qazaxıstan Qurultayının TÜRKPA-nın gələcək fəaliyyətinə hərtərəfli dəstəyini davam etdirəcəyini və Assambleyanın işində yaxından iştirak edəcəyini bildirib. Spiker, həmçinin Qazaxıstan nümayəndə heyətinin qarşıdakı Plenar sessiya və Assambleya Şurasında iştirakını təsdiqləyib.

Görüşdə TÜRKPA-nın komissiya katibləri Aynurə Abutalıbova və Bauırjan Datkayev, TÜRKPA Beynəlxalq Katibliyinin Protokol xidmətinin rəisi Yadigar Məmmədov iştirak edib.