TÜRKPA Baş katibi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb
303
16 iyun 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Türkiyə Cümhuriyyətinə rəsmi səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri və Cümhur İttifaqının ortağı cənab Devlet Bahçeli ilə görüşüb.
Görüşdə TÜRKPA-nın son dövrdə həyata keçirdiyi fəaliyyətinə dair ətraflı məlumat verilib və gələcək planlarlar barədə geniş fikir mübadiləsi aparılıb.
Cənab Devlet Bahçeli TÜRKPA-ya xüsusi önəm verdiklərini və qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında, parlamentlər arasında əməkdaşlığın yeni mərhələyə daşınmasında xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Devlet Bahçeli bundan sonra da TÜRKPA fəaliyyətinə hərtərəfli dəstək verəcəyini qeyd edib.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.