TÜRKPA Baş katibi MDB PA-nın 60 illik yubiley plenar iclasında iştirak edib
324
22 may 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) 60 illik yubiley plenar iclasında iştirak və çıxış edib.
Plenar iclasda türk dövlətlərinin — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan parlamentlərinin sədrləri, eləcə də ev sahibi ölkəni təmsil edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko iştirak ediblər.
MDB PA Şurasının Baş katibi cənab Dmitri Kobitskinin dəvəti ilə tədbirə qatılan cənab Ramil Həsən MDB PA rəhbərliyini və iştirakçılarını əlamətdar yubiley münasibətilə təbrik edib. O, həmçinin TÜRKPA ilə MDB PA arasında 2010-cu ildən bəri inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib.
Baş katib öz çıxışında TÜRKPA-ya üzv dövlətlərin, xüsusilə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın MDB PA çərçivəsindəki aktiv fəaliyyətini diqqətə çatdırıb. O, iki təşkilat arasında qarşılıqlı hörmətə və parlament diplomatiyasına əsaslanan tərəfdaşlığın regionda sülh və rifaha xidmət etdiyini vurğulayıb.
Plenar iclasda Baş katibi Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026