TÜRKPA Baş katibi MDB PA Baş katibi ilə görüşüb
Tarix
Baxış
573
22 may 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) 60 illik yubiley plenar iclası çərçivəsində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri əsnasında MDB PA Baş katibi cənab Dmitri Kobitski ilə görüşüb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, eləcə də hər iki təşkilat arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.