TÜRKPA Baş katibi İƏTPİ-nin 20-ci sessiyasında iştirak edir
979
24 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edib.
Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın dəvəti ilə 50-yə yaxın parlament sədri, beynəlxalq təşkilatların rəhbərləri, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edirlər. 22-25 iyun tarixlərində davam edən tədbir çərçivəsində müasir mürəkkəb qlobal çağırışlarla bağlı müzakirələri ehtiva edən panel sessiyalarının, həmçinin ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə TÜRKPA Baş katibini müavinləri Talgat Aduov və Muhammet Alper Hayali, Komissiya katibi vəzifəsini icra edən Mirlan Usenkanov və Protokol xidmətinin müdiri Yadigar Məmmədov müşayiət ediblər.