TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Aralıq Dənizi Parlament Assambleyasının toplantısında iştirak edir

TÜRKPA Baş katibi Aralıq Dənizi Parlament Assambleyasının toplantısında iştirak edir

Tarix
Baxış
576

TÜRKPA Baş katibi cənab Ramil Həsən Aralıq dənizi Parlament Assambleyasının toplantılarında iştirak etmək üçün Monteneqronun Budva şəhərində rəsmi səfərdədir.

6 may 2026-cı il tarixində, səfər çərçivəsində Baş katib cənab Ramil Həsən Aralıq dənizi Parlament Assambleyasının Baş katiblərinin 5-ci iclasında iştirak edib və çoxtərəfli görüşlər keçirib. Eyni zamanda,  7 may tarixində baş tutacaq Parlament Sədrlərinin iclası, 8 may tarixində isə ADPA-nın 20-ci Plenar Sessiyası və Daimi Komitələrin iclaslarında iştirak nəzərdə tutulur. Səfər çərçivəsində, həmçinin Aralıq Dənizi Parlament Assambleyasının Baş katibi səfir Sergio Piazzi və digər rəsmi şəxslərlə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Səfərdə TÜRKPA Baş katibini komissiya katibini Aynurə Abutalıbova müşayiət edir.