TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi AK Parti sədrinin müavini Kürşad Zorlu ilə görüşüb

TÜRKPA Baş katibi AK Parti sədrinin müavini Kürşad Zorlu ilə görüşüb

Tarix
Baxış
341

16 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Türkiyə Respublikasındakı rəsmi görüşləri çərçivəsində Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini, Türkiyə Parlamentinin millət vəkili cənab Kürşad Zorlu ilə görüşüb.

Görüş zamanı TÜRKPA-nın həyata keçirdiyi layihələr, görülən işlər, türk dövlətlərinin qanunverici orqanları arasında əməkdaşlığın inkişafı, parlamentlərarası əlaqələrin yeni mərhələyə yüksəldilməsi, eləcə də təşkilatın gələcək fəaliyyət istiqamətləri və planları barədə geniş fikir mübadiləsi aparılıb.

Cənab Kürşad Zorlu, öz növbəsində cənab Ramil Həsənə təşkilatın aktiv fəaliyyətinə görə təşəkkürünü bildirib, qardaş türk dövlətləri arasında münasibətlərin inkişafı və Türk Dövlətləri Təşkilatı ilə koordinasiyalı əməkdaşlıq istiqamətində görülən işləri yüksək qiymətləndirib. Cənab Zorlu bundan sonra da bu istiqamətdə əllərindən gələn dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.