TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Təmiz Enerji İnnovasiyası üzrə yüksək səviyyəli tədbirdə iştirak edib

TÜRKPA Təmiz Enerji İnnovasiyası üzrə yüksək səviyyəli tədbirdə iştirak edib

Tarix
Baxış
155

2 iyun 2026-cı il tarixində TÜRKPA-nın hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi tərəfindən “Bakı Enerji Həftəsi” çərçivəsində “Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: Dayanıqlı gələcək üçün həllərin miqyasının genişləndirilməsi” mövzusunda təşkil edilmiş yüksək səviyyəli tədbirdə iştirak edib.

Tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, enerji sahəsi üzrə ekspertləri və əsas maraqlı tərəfləri fikir və təcrübə mübadiləsi aparmaq məqsədilə bir araya gətirib.

Tədbir regionda enerji keçidinin dəstəklənməsi məqsədilə regional əməkdaşlığın inkişaf etdirilməsi, təmiz enerji innovasiyalarının təşviqi və dayanıqlı həllərin geniş miqyasda tətbiqi məsələləri üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayıb.